Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
"Təhsil İstirahət Mərkəzi"ndə istirahət edən ittifaq üzvləri ilə görüş keçirildi

"Təhsil İstirahət Mərkəzi"ndə istirahət edən ittifaq üzvləri ilə görüş keçirildi
Görüşdə təhsil işçilərinin istirahətlərinin təşkili, onlar üçün yaradılmış şərait barədə söhbət aparıldı, ittifaq üvlərinin arzu və təklifləri dinlənildi .
İttifaq üzvlərinin istirahəti təşkil edildi.

İttifaq üzvlərinin istirahəti təşkil edildi.
Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin kollektivinin bir günlük ekskursiyası təşkil edildi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsi təmin olundu.
Çempionlar təltif edildi

Çempionlar təltif edildi
Beynəlxalq idman yarışında birincilik qazanan Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbin şagirdləri hədiyyələrlə təltif edildilər.
Beynəlxalq idman yarışında ilk dəfə iştirak edib,birincilik qazanan məktəb şagirdləri məktəbin HİK sədri Ceyhun Əliquliyev ETİHİ Xaçmaz rayon Komitəsi adından hədiyyələri təqdim edərək təbrik etdi.
Şagirdlərə təhsildə və idman həyatında uğurlar dilənildi.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi.
Tədbir mədəni-kütləvi proqramla davam edib. Körpələr evi-uşaq bağçalarının kollektivləri və məktəblilər müxtəlif bədii kompozisiyalarla çıxış ediblər.
Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub.
Yubileylər qeyd olundu

Yubileylər qeyd olundu
Xaçmaz rayonunun təhsil sahəsində çalışan 60 - 65 yaşlı #ETİHİ ittifaq üzvlərinə işlədiyi müəssisələrdə Xaçmaz rayon komitəsi
tərəfindən fəxri fərman və hədiyyələr təqdim edildi.
1. Xaçmaz şəhər Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi - Nəsirova Şamama Aydın qızı
2. Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi - Şahbazova Sara Əhməd qızı
3. Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey - Novruzova Sitarə Bayraməli
4. Xaçmaz rayon İstisu qəsəbə tam orta ümumtəhsil məktəbi - Xanmətova Maina Rəşid qızı
5. Xaçmaz rayon Hacıəlibəy kənd tam orta ümumtəhsil məktəbi - Əmrahova Sevinc Qayınbəy qızı
6. Xaçmaz rayon Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbi - Dadaşova Sevda İmam qızı
7. Xaçmaz rayon Rövşən Vəliyev adına Aşağı Zeyid kənd tam orta ümumtəhsil məktəbi - Məmmədyarov Əhmədşah Məmmədyar oğlu
8. Xaçmaz rayon Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta ümumtəhsil məktəbi - Əmrahov Söhrab Nəsrulla oğlu
9. Xaçmaz rayon Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta ümumtəhsil məktəbi -İbrahimova Gülçöhrə Qurban qızı
10. Xaçmaz rayon Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta ümumtəhsil məktəbi - İsayeva Mina Müsənnif qızı
11. Xaçmaz rayon Qaracəlli kənd ümumi orta ümumtəhsil məktəbi - Cəbrayılova Esmira Ağabala qızı
Bir daha ittifaq üzvlərini təbrik edir , iş və şəxsi həyatlarında uğurlar, möhkəm cansağlığı arzu edirik.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi
31 mart 2026-cı il tarixində – Mart soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Yaşar Abbasov və partiya, həmkarlar ittifaqı üzvlərinin fəalları iştirak edib.
Ziyarət zamanı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub, memorial kompleksin önünə gül dəstələri düzülüb. Daha sonra iştirakçılar kompleks ərazisi ilə tanış olub, burada nümayiş etdirilən materiallar və tarixi faktlar əsasında 1918-ci ildə xalqımıza qarşı törədilmiş dəhşətli hadisələr haqqında ətraflı məlumat əldə edib.
Tədbirin davamı olaraq soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə ərazidə ağacəkmə aksiyası keçirilib, iştirakçılar tərəfindən yeni ağaclar əkilib.
Novruz hədiyyələri təqdim olundu

Novruz hədiyyələri təqdim olundu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsi qarşıdan gələn Novruz bayramı münasibətilə ittifaq üzvlərinin övladları üçün bayram sevincini bölüşüb.
Bu təşəbbüs çərçivəsində Xaçmaz rayonu üzrə tam orta ümumtəhsil məktəblərində ittifaq üzvlərinin övladlarına hədiyyə qutularının təqdim edilməsi davam edir.
Bayram hədiyyələri təqdim olundu

Bayram hədiyyələri təqdim olundu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsi qarşıdan gələn Novruz bayramı münasibətilə ittifaq üzvlərinin övladları üçün bayram sevincini bölüşüb.
Bu təşəbbüs çərçivəsində Xaçmaz rayonu üzrə Tam orta ümumi orta ümumtəhsil məktəblərində ittifaq üzvlərinin övladlarına hədiyyə qutuları təqdim edilib.
Yubileylər qeyd olundu

Yubileylər qeyd olundu
Xaçmaz rayonunun təhsil sahəsində çalışan 60 - 65 yaşlı ittifaq üzvlərinə işlədiyi müəssisələrdə Xaçmaz rayon komitəsi
tərəfindən fəxri fərman və hədiyyələr təqdim edildi.
Bir daha ittifaq üzvlərini təbrik edir , iş və şəxsi həyatlarında uğurlar, möhkəm cansağlığı arzu edirik.
“Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib

“Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib
Xaçmaz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin əlamətdar günlərdə zəhmətkeş qadınlarla görüşlərinə dair videoçarx nümayiş etdirilib.
Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcə də toplantıda iştirak edən bütün xanımlara gül dəstələri təqdim olunub.
Bayram tədbiri yerli mədəniyyət işçilərinin hazırladığı musiqili proqramla davam edib.


